...

Sazz "BakuTel 2013" sərgisinə yeniliklərlə gedir

Telekommunikasiya Materials 30 Noyabr 2013 13:25 (UTC +04:00)
Dekabrın 2-dən Xəzəryanı və Qafqaz regionunun ən iri telekommunikasiya tədbiri olan 19-cu beynəlxalq "BakuTel 2013" sərgisi öz işinə başlayır. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə rabitə və rabitə texnologiyaları sektorunu təmsil edən 21 milli şirkət ən son yeniliklərini nümayiş etdirəcək. Yerli şirkət və təşkilatlarla yanaşı, dünyanın 35 ölkəsindən 250 xarici şirkət iştirak edəcək.
Sazz "BakuTel 2013" sərgisinə yeniliklərlə gedir

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Dekabrın 2-dən Xəzəryanı və Qafqaz regionunun ən iri telekommunikasiya tədbiri olan 19-cu beynəlxalq "BakuTel 2013" sərgisi öz işinə başlayır. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə rabitə və rabitə texnologiyaları sektorunu təmsil edən 21 milli şirkət ən son yeniliklərini nümayiş etdirəcək. Yerli şirkət və təşkilatlarla yanaşı, dünyanın 35 ölkəsindən 250 xarici şirkət iştirak edəcək.

"Sazz 4G İnternet" bu il də "BakuTel 2013" sərgisinin iştirakçıları arasında yer alacaq. Azərbaycanda 4G texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən "Sazz İnternet" sərgidə yeni ayrılmış simsiz internet xəttini nümayiş etdirəcək. Müasir rabitə texnologiyaları əsasında qurulmuş və "SkyPort" adı ilə təqdim olunan bu yeni məhsul bir sıra mühüm üstünlükərə malikdir. Sərgidəki "Sazz 4G İnternet" pavilyonunun ziyarətçiləri üçün saniyədə 100 meqabit ötürmə sürətli "SkyPort" xəttini yerində sınamaq imkanı yaradılıb.

Bununla yanaşı, "Sazz 4G İnternet" "BakuTel 2013" ziyarətçilərinə "Wimaxion" modemini 20 faiz endirimlə, "Sazz USB" modemi isə hədiyyə kimi təqdim etməyə hazırlaşır.

Sonuncu "BakuTel" sərgisindən ötən bir il ərzində "Sazz 4G İnternet" provayderi öz əhatə dairəsini əhəmiyyətli dərəcəcə genişləndirib. Artıq "Sazz" şəbəkəsi Balakən, Zaqatala, Qax, Quba, Qusar və Xaçmaz şəhərlərini də əhatə edir. Yaxın iki ay ərzində "Sazz 4G İnternet"in əhatə dairəsinə Şəki şəhəri, eləcə də cənub regionunun 4 şəhəri daxil ediləcək.

Son bir neçə ay ərzində provayder Bakı, Gəncə və Sumqayıtda, həmçinin Abşeron yarımadasının müxtəlif qəsəbələrində təkmilləşdirmə işləri apararaq öz əhatə dairəsini ciddi şəkildə inkişaf etdirib.

"AzQtel" şirkətinin brendi olan "Sazz 4G İnternet" ölkədə 2010-cu ildən uğurla xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti