...

Bakı Avropa Oyunları 2015 “SportAccord” Konvensiyası 2014 üçün Rəsmi Mobil Proqram üzrə tərəfdaşdır

Telekommunikasiya Materials 8 Aprel 2014 18:38 (UTC +04:00)
6-11 aprel tarixləri arasında Türkiyənin Antalya /Bələk şəhərində “Susesi” Konvensiya Mərkəzində keçirilən “SportAccord” Konvensiyasında iştirak edən nümayəndələr yeni mobil proqramın təqdim edilməsi sayəsində tədbirdə iştirak edən zaman vaxtlarından səmərəli istifadə edərək Bakı Avropa Oyunları 2015 haqqında istədikləri bütün məlumatı əldə edə bilərlər.
Bakı Avropa Oyunları 2015 “SportAccord” Konvensiyası 2014 üçün Rəsmi Mobil Proqram üzrə tərəfdaşdır

6-11 aprel tarixləri arasında Türkiyənin Antalya /Bələk şəhərində "Susesi" Konvensiya Mərkəzində keçirilən "SportAccord" Konvensiyasında iştirak edən nümayəndələr yeni mobil proqramın təqdim edilməsi sayəsində tədbirdə iştirak edən zaman vaxtlarından səmərəli istifadə edərək Bakı Avropa Oyunları 2015 haqqında istədikləri bütün məlumatı əldə edə bilərlər.

Tədbirin pulsuz yüklənə bilən rəsmi mobil proqramı Bakı Avropa Oyunları 2015 ilə "SportAccord" konvensiyası arasındakı birgə əməkdaşlıq sayəsində yaradılıb təqdim edilmişdir.

Bu proqram "SportAccord" konvensiyasında iştirak edənlərin imkanlarını artırmaq üçün bir sıra faydalı funksiyalar, o cümlədən sessiya barədə ümumi məlumatın təmin edilməsi, nümayəndələrin avtobioqrafiyası, sərgi zalının yerləşmə sxemini təklif edir. Proqramı yüklədikdə nümayəndələr bağlantı yaratmaq və konvensiya ərzində şəbəkədə ünsiyyət saxlamaq imkanlarından tam yararlanmaq üçün sistemə daxil olub öz profillərini digər iştirakçılar üçün açıq edə bilərlər.

Bu proqram iştirakçılara tədbir çərcivəsində keçirilən sessiya və təqdimatlar, o cümlədən İlk Avropa Oyunları Bakı 2015 tərəfindən təşkil olunan ziyafətlər barəsində məlumat verəcəkdir.

Proqram, eləcə də istifadəçilərin Tvitter və SAC 2014 ünvanındakı hesabları vasitəsilə sosial şəbəkələrdəki fəaliyyətlərini asanlaşdıracaqdır. .

Mobil proqram IPhone, Android , Blackberry, Windows Phone mobil telefonlarında və kompüter istifadəçiləri tərəfindən istifadə edilə bilər. Proqram həmçinin iştirakçılara İlk Avropa oyunları barədə öyrənmək istədikləri hər bir şey barədə məlumat əldə etmək üçün dəyərli platforma təmin edir.

İlk Avropa Oyunlarının əsas məqsədi Avropada yaşayan müxtəlif insanları bu möhtəşəm idman bayramında birləşdirən bir Oyunlar keçirməkdir.

Azərbaycan öz tarixində ən böyük multi-idman tədbirində 19 idman növü üzrə yarışan 6000-dən artıq Avropa idmançısını bir araya gətirəcək.

Bakı, Avropa idmançıları və Azərbaycan gəncləri üçün ənənəvi yerlər və dünya səviyyəli obyektlər təmin etmək üçün 20 yeni və təmir olunan yarış yerlərinin, eləcə də MOK-lar və Avropa idmançıları və gələcək onilliklər ərzində xidmət göstərəcək yeni dünya səviyyəli idman zallarının qurulması üçün investisiyalar qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti