Azərbaycan, Bakı, 2 may /Trend, müxbir H.Vəliyev/
2014-cü ilin yanvar-aprel aylarının göstəricisinə görə, Azərbaycanda stasionar kompüterlər (desktoplar) bazarının payı 2,2 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Global Stats" Statistika Mərkəzi xəbər verib.
Məlumata görə, Azərbaycanda stolüstü kompüterlər bazarının payı 68,94 faiz təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə ölkədə stolüstü kompüter bazarı 19,74 faiz azalıb.
4 ayın nəticələrinə görə, Azərbaycanda portativ kompüterlər (noutbuklar, netbuklar) bazarında 4,19 faiz artım qeyd edilib. Azərbaycanda portativ kompüterlər bazarının payı 25,56 faiz təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə, bazarın bu seqmenti 12,85 faiz artıb.
4,5 faiz payla reytinqdə üçüncü yeri planşet kompüterləri tutur. 2014-cü ilin yanvar-aprel aylarının yekunları üzrə bazarın bu seqmentinin artımı 11,94 faiz olub, 2013-cü ilin analoji göstəricisi ilə müqayisədə isə 92,3 faiz artıb.