...

"Azercell" yay rouminq qiymətlərini endirdi (FOTO)

Telekommunikasiya Materials 23 May 2014 16:11 (UTC +04:00)
"Azercell Telekom" MMC abunəçiləri üçün hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir.
"Azercell" yay rouminq qiymətlərini endirdi (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

"Azercell Telekom" MMC abunəçiləri üçün hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir.

Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rouminq xidmətlərində endirimlər etdi. Belə ki, mayın 21-dən etibarən Azercell-in abunəçiləri rouminq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalana bilərlər.

İndi "Azercell" abunəçiləri Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyəcəklər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 qəpik tarifi ilə hesablanacaq.

Ölkə

Xidmətin növü

Ölçü vahidi

Xidmət haqqı AZN

(ƏDV daxıl)

Rusiya

Bütün istiqamətlərə zəng

Bir dəqiqə

0.90

Türkiyə

0.90

Almaniya

0.90

Gürcüstan

0.47

Məlumat üçün bildirək ki, "Azercell Telekom" 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib. İndi "Azercell" abunəçiləri bütün beynəlxalq zənglərə görə cəmi 32 qəpik ödəyirlər.

Eyni zamanda, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in verdiyi bu üstünlükdən yararlana bilərlər. Bu xidmət zamanı Azercell-lilər yalnız saniyə hesabı danışıq haqqını ödəyirlər.

Qeyd edək ki, indiyə kimi "Azercell Telekom" MMC 159 ölkənin mobil rabitə operatorları ilə 444 rouminq sazişi bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti