...

Bu yay Azercell-in rouminq xidmətlərinə görə - 0 depozit

Telekommunikasiya Materials 18 İyun 2014 17:10 (UTC +04:00)
Azərbaycan mobil rabitə bazarının lideri olan "Azercell Telekom" şirkəti öz abunəçilərinə sərfləli tarif paketləri və endirimli kampaniyalar təklif etməkdə davam edir. Bu dəfə şirkət yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sevindirici yenilik təqdim edir.
Bu yay Azercell-in rouminq xidmətlərinə görə - 0 depozit

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycan mobil rabitə bazarının lideri olan "Azercell Telekom" şirkəti öz abunəçilərinə sərfləli tarif paketləri və endirimli kampaniyalar təklif etməkdə davam edir. Bu dəfə şirkət yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sevindirici yenilik təqdim edir.

Belə ki, 13 iyun 2014-cü il tarixindən etibarən "Azercell Telekom" rouminq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv etdi. İndi bütün "Azercell" abunəçiləri rahat şəkildə istədikləri ölkəyə getməzdən əvvəl rouminq xidmətlərini açdıra bilərlər.

Fakturalı xətt abunəçiləri kampaniya çərçivəsində depozit məbləği ödəmədən müvafiq açar sözünü (START/STOP/STATUS) 8808 qısa nömrəsinə SMS vasitəsilə göndərməklə rouminq xidmətini aktivləşdirmək, deaktivləşdirmək və cari status haqqında məlumatı əldə etmək imkanı qazanırlar. Bu qısa nömrəyə göndərilən hər 1 SMS-in qiyməti ƏDV daxil 0.01 AZN təşkil edir.

Kampaniya 13.06.2014 - 31.08.2014 dövrü ərzində qüvvədə olacaq. Kampaniyada 150 AZN depozit ödəmiş, eyni zamanda "Flat Corporate" statuslu abunəçilər də iştirak edə bilərlər.

Qeyd edək ki, mayın 21-dən etibarən Azercell-in abunəçiləri rouminq xidməti çərçivəsində həm də Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalana bilirlər. İndi "Azercell" abunəçiləri Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyirlər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanır. "Azercell" bu ilin əvvəlindən etibarən abunəçiləri üçün inanılmaz sərfəli endirim paketləri, analoqu olmayan xidmətlər və xeyli sayda kampaniyalar təqdim edib. Şirkət yaxın günlərdə daha maraqlı yenilikləri ilə abunəçilərini sevindirəcək.

Bu yayı Azercell-lə daha yaxşı yaşayın!

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti