Azərbaycan, Bakı, 29 avqust /Trend/
"Nar Mobile" mobil operatoru xaricə səyahət edən abunəçilər üçün olduqca səmərəli olacaq eksklüziv xidmət - Rouminq proqramını təqdim edir.
Bu proqrama əsasən, artıq xaricə səyahət edən "Nar Mobile" abunəçiləri istifadə etdikləri rouminq xidmətinə görə mobil operator tərəfindən uçuş xalları qazanacaqlar. Mobil operatorun rouminq xidmətindən daha çox istifadə edən abunəçilər topladıqları xallar hesabına böyük üstünlüklər əldə edəcək, "Nar Mobile" tərəfdaşı olan aviaşirkətləri və hotellər şəbəkəsi tərəfindən pulsuz aviabilet və ya hotellə təmin ediləcəklər.
Səyahətdə olarkən istifadə etdikləri rouminq xidmətinin hər dəqiqəsinə görə əlavə xal qazanmaq istəyən "Nar Mobile" abunəçiləri Rouminq mükafat proqramına pulsuz qoşula biləcərlər. Mütəmadi səyahət edən və telefon, SMS və ya internetdən faydalanmasından asılı olmayaraq, rouminq xidmətindən daha çox istifadə edən "Nar Mobile" abunəçiləri topladıqları səyahət milləri və xallar hesabına AZAL, Turkish Airlines, Air France, Qatar Airways və Ukraine International Airlines kimi hava yolu şirkətlərindən hədiyyə olaraq aviabiletlər qazanmaq, "Hilton" və "Marriott" kimi beynəlxalq hotellər şəbəkəsinə aid olan hotellərdə ödənişsiz qalmaq imkanı əldə edə biləcəklər.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile" 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.