Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/
2014-cü ilin əvvəlindən Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı 48,3 faiz artıb. Bu barədə çərşənbə axşamı Trend "Global Stats" statistika mərkəzinə istinadən xəbər verir.
Dekabrın sonuna Azərbaycanda Facebook şəbəkəsi bazarının payı 96,48 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 53 faiz çoxdur. Facebook fəallığındakı enmə iyunda (46,86 faiz) qeydə alınıb.
2014-cü il ərzində 97,73 faizədək azalma YouTube istifadəçilərinin auditoriyasında qeydə alınıb. Azərbaycanda sosial media arasında YouTube-un payı dekabrın sonunda 0,15 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 98,18 faiz aşağı olub. YouTube-un fəallığında canlanma iyunda (40,5 faiz) və noyabrda (14,1 faiz) olub.
Bazarda 1,51 faiz payla "Twitter" sosial şəbəkəsi ikinci yerdə qərarlaşıb.
Sonrakı yerləri "Tumbir" - 0,51 faiz, "Vkontakte"- 0,44 faiz, Pinterest - 0,77 faiz, YouTube - 0,15, Odnoklassniki - 0,06 faiz və digərləri tuturlar.