...

Azərbaycanda axtarış sistemlərinin pay bölgüsü

Telekommunikasiya Materials 12 Yanvar 2015 10:26 (UTC +04:00)
2014-cü ildə Azərbaycanın internet bazarında Google axtarış sistemini payı 1,06 faiz azalıb.
Azərbaycanda axtarış sistemlərinin pay bölgüsü

Azərbaycan, Bakı, 12 yanvar/Trend, müxbir Hüseyn.Vəliyev/

2014-cü ildə Azərbaycanın internet bazarında Google axtarış sistemini payı 1,06 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə "Global Stats" statistika mərkəzinin yaydığı hesabatda deyilir.

"Google" Azərbaycanda ən populyar axtarış sistemidir, onun bazardakı payı 87,54 faizdir. 2013-cü illə müqayisədə "Google" axtarış sisteminin istifadəçiləri 0,62 faiz azalıb.

Ötən il ölkədə "Yandex" axtarış sistemi istifadəçilərinin sayında 31 faiz artım qeydə alınıb. "Yandex"-in Azərbaycanda payı 4,27 faizdir ki, bu da 2013-cü ilə nisbətən 34,27 faiz çoxdur.

Siyahıda sonrakı yerləri bing (4,05 faiz), mail.ru (1,16 faiz) servisləri və digərləri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti