Azərbaycan, Bakı, 4 may /Trend/
12-14 may tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road & Rraffic 2015) sərgisi keçiriləcək.
"Road and Traffic" sərgisi regionun yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, intellektual nəqliyyat sistemi (its) və ictimai nəqliyyat peşəkarlarını bir araya gətirəcək aparıcı ixtisaslaşdırılmış tədbirdir.
13 may saat 15:00-da "Ultra Technologies" şirkəti sərgi çərçivəsində "İnfrastruktur layihələrin daha effektiv idarə edilməsi" mövzusunda (Bakı Ekspo mərkəzininin seminar zalı №21) seminar keçirəcək. Şirkətdən Trend-ə verilən məlumata görə, seminarın keçirilməsində əsas məqsəd xətti tikinti (linear projects) sektorunun iş prosesinin, yol-infrastruktur layihələrdə maliyyə vəsaitləri axınının daha effektiv idarə edilməsi, yeni texnologiyaların tətbiqi, cədvəlqurma texnikalarından istifadə edərək layihə uğurlarının artırılmasıdır.
Seminarda dünya təcrübəsində geniş istifadə olunan xətti tikinti və infrastruktur layihələrinin idarə edilməsi üçün nəzərdə tutulmuş - "zaman - məsafə planlaşdırma" əsaslı TİLOS proqram təminatı nümayiş etdiriləcək. TİLOS - infrastruktur layihələri texnologiyasının (yol, tunel, boru-xətti, ötürmə xəttlərinin və s.) "zaman-məsafə" diaqramlarını tərtib etmək üçün nəzərdə tutulan qrafik interfeysə malikdir. TİLOS qrafikləri, həmçinin iş fəaliyyəti, resurslar və məhsuldarlıq profilləri kimi verilənləri idxal etməyə və məsafə oxu ilə sinxronlaşdırmaya imkan yaradaraq planlaşdırma səhvlərini də aradan qaldırır. Seminarda iştirak etmək üçün qeydiyyat vacibdir. Qeydiyyat üçün link: http://seminar.ultra.az/tilos
Yüksək keyfiyyətli müasir proqram olan TİLOS bütün dünyada çoxsaylı əhəmiyyətli layihələrdə istifadə olunmuş və özünü təsdiqləmişdir. 2000-dən çox müştərisi olan bu proqram artıq 54 ölkədə tətbiq edilməkdədir.
Dünyaca məhşur "Baku-Tbilisi-Ceyhan" P.L., "Hong Kong Airport", "Warsaw International Airport Terminal 2", "Qatar Metro", "Nabucco", "Moscow Metro", "Qatar Rail", "Eskisehir High Speed", "Izmir Highway", "Stroytransgaz (Gasprom)", TANAP və digər əhəmiyyyətli layihələrin idarə edilməsində sözügedən proqram uğurla tətbiq edilmişdir.
Qeyd edək ki, seminarda iştirak edə bilməyənlər üçün "Ultra Technologies" şirkəti tərəfindən 14 may tarixində vebinar təşkil ediləcək.
TİLOS proqram təminatına maraq göstərən hər kəs linkə (vebinar.ultra.az/tilos) daxil olub, qeydiyyatdan keçməklə vebinarın iştirakçısı ola bilər.
Vebinar 15:00-dan 16:00-dək davam edəcək.