...

Azərbaycanda əhalinin aztəminatlı təbəqələrini dekoderlərlə təmin etmək üçün yeni təklif

Telekommunikasiya Materials 5 Avqust 2015 17:06 (UTC +04:00)
Azərbaycanın kabel televiziyası operatorları "B&BTV Communications" və "ATVplus" əhalinin aztəminatlı təbəqələrinin rəqəmsal televiziya dekoderləri ilə təminatı üzrə xərcləri öz üzərinə götürə bilərlər.
Azərbaycanda əhalinin aztəminatlı təbəqələrini dekoderlərlə təmin etmək üçün yeni təklif

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın kabel televiziyası operatorları "B&BTV Communications" və "ATVplus" əhalinin aztəminatlı təbəqələrinin rəqəmsal televiziya dekoderləri ilə təminatı üzrə xərcləri öz üzərinə götürə bilərlər. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, əhalinin aztəminatlı təbəqələrinin rəqəmsal televiziya dekoderləri ilə təminatı məsələsi açıq olaraq qalır və onların hansı şərtlər əsasında veriləcəyi hələ məlum deyil.

Mənbə bildirib ki, bazarda rəqəmsal siqnalı DVB-T standartında yayımlamaq imkanı olan cəmi iki operatorun - "B&BTV Communications" və "ATVplus" - olduğunu nəzərə alsaq, əhalinin aztəminatlı təbəqələrinin rəqəmsal televiziya dekoderləri ilə təminatı üzrə xərclər onlar arasında bölüşdürülə bilər.

Qeyd edək ki, hazırda ölkənin yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV ilə əhatə olunub. Azərbaycanda rəqəmsal TV-yə keçid 2015-ci ilin lI yarısında gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti