...

Radioelektron vasitələrin qanunsuz istifadəsinin qarşısı alındı

Telekommunikasiya Materials 1 Sentyabr 2015 15:43 (UTC +04:00)
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 142 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.
Radioelektron vasitələrin qanunsuz istifadəsinin qarşısı alındı

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin bölgələr üzrə efirə radionəzarət məntəqələrinin mühəndisləri tərəfindən 2015-ci ilin 8 ayı ərzində iş planına və Dövlət Radiotezliklər İdarəsinə (DRİ) daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 336 akt tərtib edilib.

Bu barədə Trend DRİ-yə istinadən məlumat verir.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 142 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 54 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 46 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 20 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti