...

Azərbaycanda mobil nömrələrin satışı və təkrar rəsmiləşdirilməsi onlayn həyata keçiriləcək

Telekommunikasiya Materials 14 Sentyabr 2015 18:22 (UTC +04:00)
Azərbaycanda mobil nömrələrin satışı, yenidən rəsmiləşdirilməsi və köçürülməsi "Elektron hökumət" portalı vasitəsilə həyata keçiriləcək.
Azərbaycanda mobil nömrələrin satışı və təkrar rəsmiləşdirilməsi onlayn həyata keçiriləcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda mobil nömrələrin satışı, yenidən rəsmiləşdirilməsi və köçürülməsi "Elektron hökumət" portalı vasitəsilə həyata keçiriləcək. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

Bu istiqamətdə işlər Azərbaycan hökumətinin Sim-kartların satışı prosesinə dəyişikliklər edilməsi haqqında qərarına əsasən aparılır.

Hazırda operator platformaları portala inteqrasiya edilib və müxtəlif informasiya sistemləri arasında informasiya mübadiləsi üçün servislərin hazırlanması işləri aparılır.

Əsas vəzifə operatorların abonent bazasının fərdi identikifasiya nömrələrinə (FIN) müvafiq olaraq unifikasiyasıdır ki, bu da portal vasitəsilə göstərilən xidmətlərin sayını genişləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti