...

"Microsoft Azerbaijan" Skype-ın işində problemlərin səbəblərini araşdırır (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 21 Sentyabr 2015 15:27 (UTC +04:00)
"Skype" internet messencerinin işində problemlərin səbəbi bir saat ərzində açıqlanacaq.
"Microsoft Azerbaijan" Skype-ın işində problemlərin səbəblərini araşdırır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Skype" internet messencerinin işində problemlərin səbəbi bir saat ərzində açıqlanacaq. Bunu Trend-ə "Microsoft Azerbaijan" şirkətindən deyiblər.

Dünya üzrə internet istifadəçiləri "Skype.com" saytına girə bilsələr də, "Skype" serverlərindən yararlana bilməyiblər.

"Microsoft Azerbaijan"dan bildiriblər ki, artıq "Microsoft" servislərinin monitorinq sistemi yaranmış problem barədə hesabat hazırlayır.

"Microsoft Azerbaijan"ın məlumatına əsasən, texniki nasazlıq ondan ibarətdir ki, istifadəçilər "Skype"a girişdə çətinliklər hiss edirlər və ya onlar onlayn görünmürlər ki, bu da zəng etməyə və messencerin digər imkanlarından istifadə etməyə imkan vermir.

Şirkərt hazırda problemlərin aradan qaldırılması üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti