...

"Microsoft Azerbaijan" biznes məhsullarının qiymətlərini endirdi

Telekommunikasiya Materials 2 Dekabr 2015 15:13 (UTC +04:00)
“Microsoft” Korporasiyası Azərbaycanda biznesin inkişafı istiqamətində apardığı işləri davam etdirir.
"Microsoft Azerbaijan" biznes məhsullarının qiymətlərini endirdi

Bakı. Trend:

"Microsoft" Korporasiyası Azərbaycanda biznesin inkişafı istiqamətində apardığı işləri davam etdirir. Belə ki, "Microsoft Azerbaijan" şirkəti biznes üçün məhsullarda dair promo-aksiyaya start verib.

"Microsoft Azerbaijan" şirkəti rəqabətdə həqiqətən də üstünlük əldə etmək istəyən şirkətlər üçün səmərəli işləməyə və müştəriləri yaxşı anlamağa köməklik göstərən texnologiyalardan istifadə etməyi məsləhət görür və bu ilin dekabrın 23-dək "Office 365", "Office 2016" və "Windows Server 2012" məhsullarını xüsusi endirimli qiymətlərlə təklif edir.

"Office 365 Business" və "Office 365 Business Premium"

"Microsoft Office 365" - qəhvə fincanı qiymətinə biznesiniz üçün əla imkan.

Hər bir istifadəçi fərdi kompüter, "Mac", "iPad", "Windows" və "Android" platformalı planşetlər, həmçinin əksər mobil qurğular üçün tam versiyalı "Office"i adıçəkilən 5 fərdi kompüterə və ya "Mac"-a, 5 planşetə ("iPad", həmçinin "Android" və "Windows" platformalı qurğulara) və 5 telefona yükləyə bilər.

Bundan sonra istifadəçi 1 TB-lıq şəxsi bulud saxlancı - biznes üçün "OneDrive" əldə edir ki, orada saxlanılan fayllar nəinki dünyanın istənilən nöqtəsində əlçatandır, onlar həmçinin fərdi kompüter və "Mac" kompüterləri ilə sinxronlaşır. Bu isə o deməkdir ki, həmin fayllarla İnternetə qoşulmadan da işləmək olar. Sənədləri asanlıqla kimin baxa və redaktə edə biləcəyinə nəzarət edərək, həmkarlarla və digər təşkilatlardan olan insanlarla bölüşmək mümkündür.

"Windows Server 2012"

Qeyd edək ki, "Windows Server 2003"ün dəstəklənməsi bu ilin iyulun 14-də başa çatıb. Orta hesabla server infrastrukturunun müasirləşdirməsi 200-300 gün tələb edir. İnfrastrukturu təhlükəsiz və səmərəli saxlamaq, xərcləri azaltmaq üçün indidən hərəkətə keçmək vacibdir. Lakin "Microsoft Windows Server 2012" və "Microsoft Azure" bulud hesablama platforması kimi son həllərə keçid hər bir şirkətə potensial riskləri aradan qaldırmağa imkan verir. Bulud platformasına keçid şirkətə xərcləri azaltmağa və planlaşdırmağa imkan verir.

"Office 2016"

"Office 2016" artıq çoxlarına tanış olan tətbiqlərin son versiyasıdır, əvvəlki versiyanın üstünlüklərini, səmərəli birgə fəaliyyət və əməkdaşlıq üçün lazımlı bir neçə faydalı funksiyaları birləşdirir. Yeni funksiyaların hesabına "Office 2016" iş vaxtını optimallaşdırır, imkanları genişləndirir və müştərək işin məhsuldarlığını artırır. "Office 2016"-nın yeni tətbiqləri "Windows", "Mac", "iOS" və "Android" qurğularında istifadə oluna bilər. "Office 2016" üçün Azərbaycan dil paketi də mövcuddur.

"Windows" ƏS üçün olan "Office 2016"-ya "Word", "PowerPoint", "Excel", "Outlook", "OneNote", "Project", "Visio" və "Access" ("Microsoft Office" dəstindən və ya "Office 365" planından asılı olaraq) kimi proqramların ən son versiyaları daxildir. "Office 2016"-nın yeni versiyasının əsas üstünlüyü "Android", "iOS", "Mac" və "Windows" kimi bütün məşhur sistemlərin istifadəçiləri üçün əlçatan olmasıdır.

"Office 365 Business", "Office 2016" və "Windows Server 2012" məhsullarının xüsusi endirimli qiymətləri ilə "Microsoft Azerbaijan" şirkətinin rəsmi tərəfdaşlarında tanış olmaq mümkündür.

Ətraflı məlumatı burada əldə etmək olar: http://www.microsoft.com/az-latn-az/about/endirim.aspx

Məqalədə:
Xəbər lenti

Xəbər lenti