Bakı. Hüseyn Vəliyev - Trend:
Dövlət Gömrük Komitəsi tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə daha 4 xidmət elektronlaşdırılaraq "Elektron hökumət" portalına inteqrasiya edilib.
Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.
İstifadəçilərin ixtiyarına verilən bu xidmətlər aşağıdakılardır.
- "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi"(Elektron)
- "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi"(Kart)
- "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu"
- "Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi"
Bununla da Dövlət Gömrük Komitəsinin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 13-ə çatdırılıb.
Qeyd edək ki, bununla da "Elektron hökumət" portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb.