...

Azərbaycanda Brayl əlifbasını öyrənmək üçün yeni qurğu hazırlanıb

Telekommunikasiya Materials 14 İyun 2016 16:22 (UTC +04:00)
Azərbaycanda Brayl əlifbasının öyrənilməsi üçün "Braille Teach" interaktiv qurğusu yaradılıb.
Azərbaycanda Brayl əlifbasını öyrənmək üçün yeni qurğu hazırlanıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda Brayl əlifbasının öyrənilməsi üçün "Braille Teach" interaktiv qurğusu yaradılıb.

Bu barədə Trend-ə layihənin rəhbəri Rəşid Əliyev bildirib.

O qeyd edib ki, qurğu görmə qabiliyyəti zəif olan uşaqlar üçün nəzərdə tutulub. Qurğudan istifadə etməklə Brayl əlifbasının işarələrini sadə və rahat üsulla öyrənmək olar.

R.Əliyevin sözlərinə görə, ilkin olaraq təqribən 100 ədəd belə qurğunun istehsal edilməsi, sonra isə kütləvi istehsala başlanılması planlaşdırılır ki, bu da təxminən 20 min ədəd ola bilər: "Braile Teach"in qiyməti 20 dollardan az olacaq. Əgər istehsal 50 min ədədə qədər və daha çox olarsa, qiymət azala bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti