...

"BakıKart"ları yükləmək daha da asanlaşdı

Telekommunikasiya Materials 27 Mart 2017 13:55 (UTC +04:00)
“Komtec” şirkəti (“MilliÖN” ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) "MilliÖN" kartomatlarında yeni seçimi işə salıb.
"BakıKart"ları yükləmək daha da asanlaşdı

Bakı. Hüseyn Vəliyev - Trend:

“Komtec” şirkəti (“MilliÖN” ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) "MilliÖN" kartomatlarında yeni seçimi işə salıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu seçim “BakıKart” gediş kartının balansının yüklənməsi əməliyyatını daha da asanlaşdırmağa imkan verəcək.

Qeyd olunub ki, bu, kart sahiblərinin diqqətsizliyi üzündən düzgün həyata keçirilməyən əməliyyatların qarşısının alınması üçün nəzərdə tutulub.

Şirkətdən bildirilib ki, bundan əvvəl istifadəçilər kartı yükləyərkən “Sonra” düyməsini basmadıqları üçün məbləğ balansa keçmirdi. Əvəzində həmin məbləğ kartomata qoyulan növbəti kartın balansına keçə bilərdi. Yeni seçim vasitəsilə bunun qarşısı alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti