...

E-imza sertifikatı istifadəçiləri yeni onlayn imza proqramdan istifadə edəcək

Telekommunikasiya Materials 14 Aprel 2017 10:40 (UTC +04:00)
Elektron imza sertifikatı istifadəçiləri yeni onlayn imza proqramdan istifadə edəcəklər
E-imza sertifikatı istifadəçiləri yeni onlayn imza proqramdan istifadə edəcək

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin tərkibində fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) tərəfindən hazırlanmış onlayn imzalayıcı proqram yenilənib. Bu səbəbdən e-imza sertifikatı ilə imzalama proqramından istifadə edən istifadəçilər kompüterlərində olan imzalayıcı proqramı silib, yenisi ilə əvəz etməlidirlər.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Milli Sertifikat Xidmətləri Mərkəzi bu barədə istifadəçilərə “www.e-gov.az” portalı və “www.e-imza.az” saytı üzərindən bildiriş təqdim edib.

Yenilənmiş proqrama lokal faylların imzalanması və imzalanmış sənədlərin yoxlanılması üçün yeni imkanlar əlavə edilib. Bu yenilik, saytında və ya proqram təminatlarında imzalama imkanını əldə etmək istəyənlər üçün əlavə olulnub. Həmçinin, imzalama prosesində informasiyanın qorunması üçün təhlükəsizlik daha da gücləndirilib.

Bu sadə prosesi həyata keçirmək üçün ilk növbədə bildirişdə göstərilmiş və yüklənilməsi vacib olanOnlineSigner.exe faylını kompüterə yükləmək lazımdır. Avtomatik yüklənən proqramı administrator adından işə salmaq vacibdir. Açılan pəncərədə işləmək üçün istifadəçiyə rahat olan 3 dildən biri seçilir və “OK” düyməsi sıxılır. Açılan səhifədə “Next” düyməsi, növbəti səhifədə “install” düyməsi seçilir, nəhayət, “Finish” düyməsini klikləməklə proqram kompüterə yüklənmiş olur.

Onlayn imza proqramını tam olaraq kompüterə yüklədikdən sonra işləməsini yoxlamaq üçün göstərilmiş ünvana daxil olun: https://localhost:10281/api/sign/version. Əgər heç bir yalnışlıq olmayıbsa, nəticə olaraq ekranda {"productNumber":"54ca98f4-91c1-4e9a-9b3b-f28ed6f4b996"} bu yazı görsənməlidir. Link açılmadığı təqdirdə və ya hər hansı bir səhv haqqında məlumat görünərsə, deməli, proqram düzgün yüklənilməyib, yaxud proqramın işləməsinə mane olan digər səbəblər var.

Problemi aradan qaldırmaq üçün təlimatda göstərilən “Proqramda yaranan problemlərin aradan qaldırılması” bölməsindən istifadə edə və ya yaranan bütün suallara “157” Çağrı Mərkəzinə zəng etməklə cavab tapa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti