...

Azərbaycan və region ölkələri İKT sahəsinin inkişafı üçün konsorsium yaradır (FOTO)

Telekommunikasiya Materials 4 Dekabr 2018 16:00 (UTC +04:00)
Azərbaycan və region ölkələri İKT sahəsinin inkişafı üçün konsorsium yaradır.
Azərbaycan və region ölkələri İKT sahəsinin inkişafı üçün konsorsium yaradır (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan, Rusiya, Türkiyə və İranın müvafiq qurumları informasiya-kommunikasiya texnologiyaları sahəsinin gələcək inkişafı üçün konsorsiumun yaradılması barədə razılıq əldə edib

Trend-in məlumatına görə, bunu 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində region ölkələri nazirlərinin görüşü zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir bildirib ki, ölkələrin əməkdaşlığı peyk rabitəsi, poçt, kibertəhlükəsizlik, telekommunikasiya infrastrukturunun inkişafı sahələrini əhatə edəcək:

“Bu məsələ Rusiya, İran və Türkiyədən həmkarlarımızla müzakirə etdik. Qərara alındı ki, bu sahənin inkişafı məqsədilə dörd ölkənin konsorsiumu yaradılsın”.

Onun sözlərinə görə, sıx əlaqələrin formalaşması üçün Azərbaycan tərəfi işçi qrupun yaradılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti