...

Kişilər üçün 10 ən yaxşı Yeni il hədiyyəsi

Telekommunikasiya Materials 25 Dekabr 2019 10:30 (UTC +04:00)
Kişiləri çox adi hədiyyə ilə də sevindirmək olar, lakin yenə də insan sevdiklərinə xüsusi şeylər hədiyyə etmək istəyir.
Kişilər üçün 10 ən yaxşı Yeni il hədiyyəsi

Bakı. Trend:

Kişiləri çox adi hədiyyə ilə də sevindirmək olar, lakin yenə də insan sevdiklərinə xüsusi şeylər hədiyyə etmək istəyir. Kontakt Home Yeni İl ərəfəsində kişilərə bağışlanacaq 10 ƏN YAXŞI hədiyyənin siyahısını hazırlayıb.

1. Hər bir kişinin daxilində bir uşaq yaşayır və onda uşaq sevincinin oyadılması üçün əla üsul var – ona SONY PlayStation-4 Slim hədiyyə etmək. Əmin olun ki, belə bir hədiyyə ilə onda Şaxta Babaya inam geri qayıdacaq, hətta həmin şəxsin 8 yaşı olmasa belə.

2. Əgər Sizin barədə hər gün xatırladacaq, özəl bir hədiyyə düşünürsünüzsə, ona saat hədiyyə edin. Hər bir kişinin üslubunu vurğulayacaq, gözəl xarici görünüşlü və faydalı bir aksessuar hər ona baxanda sizi yada salacaq. Sizə CASIO AEQ-200W-1AVDF modelini təklif edirik.

3. O, tez-tez sizin zənglərinizə cavab vermir və deyir ki, telefonu yaxşı işləmir? Belə bəhanələrə son qoymağın zamanıdır. Xiaomi Redmi Note 8T smatfonu ilə sizdən ona gələn hər zəngə: “Bəli, əzizim” sözlərini eşidəcəksiniz.

4. Mövzunu davam etdiririk. “Əzizim, telefonumun batareyası yatıb” – axşam evə gələndə özünə belə haqq qazandıracaq. Şam ağacının altına bu problemi kökündən həll edəcək hədiyyə qoya bilərsiniz – Simsiz Mi 10000 mAh Powerbankı. Beləliklə, onunla hər zaman Kontakt-da olun.

5. Məşhur poçtalyon Peçkin belə hədiyyədən sonra ən mehriban və ən xoşbəxt insana çevrilmişdi. Sizin yoldaşınızın da uşaqlıqda velosipedi olmayıb? Bu vəziyyəti təcili düzəldin və məsələni kökündən həll edin. Sizi əmin edirik ki, Cube Aim 2019 modeli onun dünyanın ən xoşbəxtinə çevirə bilər.

6. İş ritmi, gərgin biznes görüşləri. Müasir kişini keyfiyyətli noutbuksuz təsəvvür etmək çox çətindir. Acer Aspire noutbuku doğma insan üçün mükəmməl hədiyyə ola bilər.

7. Klassik janrın ən yaxşı tandemi – corab və üzqırxan. Düzgün seçilmiş olsa, əslində heç də bezdirici sayılmaz, hətta bu hədiyyəyə görə ondan böyük təşəkkür ala bilərsiniz. Sanballı dizayn və geniş funksionallıqlı Philips S1133/41 modeli ilə üz qırxma prosesi tez və rahat, yoldaşınızın üzü isə hamar olacaq.

8. Kişilər təkcə iş geyimində yaraşıqlı görünməyi sevmirlər. Rahatlığına önəm verən və özünə qulluğu sevən kişi bu hədiyyəni yüksək qiymətləndirəcək. SarEV brendinin Micco Şal hamam xalatı ilə doğma insanınız hətta evdə də dəbdəbəli görünəcək.

9. Bu hədiyyə onu çox təəccübləndirəcək, amma həm də ürəyindən olacaq. Spa BEURER FB35 ayaq üçün massajor doğmanızın yola saldığımız il ərzində topladığı bütün yorğunluğu və mənfi enerjisini çıxaracaq. Həm də öz aramızdır, bu hədiyyəni siz də istifadə edə bilərsiniz. Necə deyərlər, bir güllə ilə 2 dovşan vurun!

10. Sevdiyiniz kişi sizin fotolarınızı çəkməyi sevmir və ona görə sosial şəbəkə hesablarınızda yaxşı şəkilləriniz azdır? Hiylə işlədin. Ona Canon EOS 4000D peşəkar fotoaparatını hədiyyə edin. İstənilən kişi müasir texnika ilə oynamağı sevir. Özünü fotoqraf kimi sınamaq istədiyi hər an onun modeli ola bilərsiniz. Neyləyək daha? Məcbur da olsa, modellik edəcəksiniz. Sevdiyin şəxsə görə nələr eləməzsən ki? ;)

Xatırlatmaq istərdik ki, indi Kontakt Home-da keçirilən “Şeş Qoşa” kampaniyası çərçivəsində istənilən məhsulun nağd alışı zamanı zər atıb, onu PULSUZ və ya 50%-dək endirimlə əldə etmək olar. Bunun üçün yanvarın 13-dək Kontakt Home-a gəlin, istədiyiniz məhsulu alıb Şeş-Qoşa stendinə yaxınlaşın və zər atın. Əgər şeş-qoşa düşərsə, ödədiyiniz məbləğ 100% geri qaytarılacaq. Amma qoşalar şeş olmasa da olar. Digər qoşa zərlər atdığınız zaman, hər qoşaya uyğun əlavə endirim qazana bilərsiniz: 1 qoşa -10%; 2 qoşa -20%; 3 qoşa -30%; 4 qoşa -40%; 5 qoşa -50%.

Kontakt Home – arzuların gerçəkləşdiyi məkandır. Qoy bu Yeni İl hamının arzusu reallaşsın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti