Bakı. Trend:
Kibertəhlükəsizliyin əsaslarının öyrənilməsi Azərbaycanın təhsil sisteminə daxil edilməlidir.
Trend xəbər verir ki, bunu çərşənbə günü rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov “Azərbaycanda kibercinayətkarlıq və kibertəhlükəsizlik barometrləri” mövzusunda tədbirdə deyib.
"Dövlət orqanları hansı tədbir və resurslardan istifadə etsə də bütün təhdidlərin qarşısını almaq iqtidarında deyil. Heç bir dövlət bu cür qeyri-məhdud resurslara malik deyil. Bu səbəbdən vətəndaşların bu sahədə bilik və bacarıqlara yiyələnməsini vacib hesab edirəm. Eyni zamanda biznes sferasında bu cür səriştə və bacarıqlar formalaşdırmaq lazımdır. Özəl sektorda təhlükəsiz sistemin formalaşmasına böyük önəm veririk. Təkcə 2022-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına səkkiz trilyon dollar dəyərində ziyan vurub", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)