...

Visa Azərbaycanda yeni ödəniş xidmətini istifadəyə verəcək

Telekommunikasiya Materials 6 İyul 2023 08:03 (UTC +04:00)
Visa Azərbaycanda yeni ödəniş xidmətini istifadəyə verəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Visa şirkəti Azərbaycanda “Mercedes Pay” ödəniş xidmətini istifadəyə verəcək.

Bu barədə Trend-ə Ukrayna, MDB ölkələri və Cənub-Şərqi Avropada Visa şirkətinin rəqəmsal həllər üzrə baş direktoru Aleksandr Stelmax deyib.

Onun sözlərinə görə, tokenizasiya texnologiyası Azərbaycanda 2019-cu ildə Visa-nın dəstəyi ilə istifadəyə verilib.

"Tokenizasiya çoxlu sayda müxtəlif ödəniş variantlarını dəstəkləyir. Azərbaycanda "Apple Pay" və "Google Pay" ilə yanaşı, "Garmin Pay" da var. Biz 2023-cü ilin əvvəlində Almaniyada "Mercedes Pay" həllini işə saldıq. "Mercedes" avtomobil sahibləri yanacaqdoldurma məntəqələrində "Mercedes Pay" həlli istifadə etməklə ödəniş edə bilərlər. Bu həll həm də "Visa Token Service" texnologiyasına əsaslanır. Biz belə bir həllin digər ölkələrdə, o cümlədən Azərbaycanda da istifadəyə veriləcəyini gözləyirik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti