...

Azərbaycanda bu internet provayder şirkəti ləğv edildi

Telekommunikasiya Materials 21 Aprel 2025 11:23 (UTC +04:00)
Azərbaycanda bu internet provayder şirkəti ləğv edildi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərnet" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təşkilati-hüquqi formasını dəyişir.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.

Belə ki, sözügedən şirkət "Ultel" MMC-yə qoşulması nəticəsində ləğv edilir.

Buna görə də "Ultel" MMC yenidən təşkil ediləcək.

Qeyd edək ki, "Azərnet" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 min ABŞ dolları olan şirkətin qanuni təmsilçisi İsmayılov Nicat Əfqan oğludur.

"Ultel" MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 035 530 ABŞ dolları olan MMC-nin qanuni təmsilçisi Nəhmədov İlqar Şamil oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti