Bakı. Trend:
Bu konfransda texniki həllərin patent ekspertizası ilə yanaşı süni intellekt alətlərinin Əqli Mülkiyyət Agentliyində tətbiqi məsələlərinə də toxunacağıq.
Trend xəbər verir ki, bunu Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev bu gün Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən keçirilən “Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, süni intellektden qorxmaq lazım deyil:
"Əqli mülkiyyətin tənzimləməsi 19-cu əsrin sonlarında başlasa da, patent tənzimlənməsinin baza prinsipləri hələ də dəyişməz qalır. Biz yeni yanaşmaları, texnoloji inkişafı patentlərə tətbiq edə bilməliyik. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı təxniki həllərin patentləşdirilməsinə yeni yanaşmada süni intellekti tətbiq edir. Bir sıra patentlər, məsələn, Alzhaymer xəstəliyinin sürətli diaqnostikasında uğurla istifadə edilir. Patent idarələri belə patentleri mütləq vərməlidir. Azərbaycan torpağında İT sahəsində Əqli mülkiyyət agentliyi ilə birlikdə mühüm layihələr həyata keciririk. Bunlar hamısı müasir texnologiyaların inkişafına hesablanıb".
