...

Həyatımızda süni intellektin təsir etməyəcəyi heç bir sahə qalmayacaq - “Ookla”nın prezidenti

Telekommunikasiya Materials 27 Yanvar 2026 10:10 (UTC +04:00)
Həyatımızda süni intellektin təsir etməyəcəyi heç bir sahə qalmayacaq - “Ookla”nın prezidenti
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

"Ookla"nın missiyası dünyanın hər yerində, hər kəs üçün, harada olmasından asılı olmayaraq bağlantının yaxşılaşdırılmasıdır. İnsanlar dünyanı gəzərkən, səyahət edərkən əsas məqsəd həmin bağlantının keyfiyyətini artırmaqdır.

Trend xəbər verir ki, bu fikirləri “Ookla” şirkətinin prezidenti və Baş İcraçı Direktoru (CEO) Stiven Bay bu gün Bakıda keçirilən Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı deyib.

“Ookla” rəsmisi bildirib ki, istər 4G, istər 5G, istər Wi-Fi ilə qoşulmuş olun, hətta obyektə qədər fiber bağlantınız olsa belə, məhz son 5–10 metr müştərinin həmin performansı necə qavradığına real təsir göstərir.

“Ona görə də qonaq təcrübəsinə, süni intellektin gətirdiklərinə və gələcəkdə bizi gözləyən yeniliklərə baxdıqda, hər yerdə və hər zaman etibarlı, davamlı bağlantıya sahib olmaq zəruridir. Gələcəyin ən maraqlı tərəfi də məhz budur. Bu gün süni intellekt barədə gedən müzakirələrə baxdıqda görürük ki, həyatımızda süni intellektin təsir etməyəcəyi heç bir sahə qalmayacaq. O, gördüyümüz hər işə, qarşılıqlı əlaqədə olduğumuz bütün məzmunlara təsir edəcək. Necə öyrəndiyimizə, necə ünsiyyət qurduğumuza, necə sosiallaşdığımıza təsir göstərəcək. Süni intellektlə bağlı maraqlı məqam odur ki, bu imkanların vədini reallaşdırmaq üçün etibarlı və ardıcıl bağlantı lazımdır. Buna görə də bu gün nə qədər vacibdirsə, gələcəkdə bağlantının əhəmiyyəti daha da artacaq”.

Stiven Bay bildirib ki, dünya daha çox əlaqəli olduqca, daha çox cihaz şəbəkəyə qoşulduqca və bu şəbəkələr üzərindən ötürülən məlumatların həcmi artdıqca, eyni zamanda bu şəbəkələr daha mürəkkəb, idarə olunması daha çətin hala gəlir.

“Ookla"nın etdiyi digər vacib iş isə ondan ibarətdir ki, biz etibarlı həqiqət mənbəyiyik. Biz müstəqilik, şəffafıq və diqqətimizi bağlantının keyfiyyətinə yönəldirik. Biz bunu ölçürük və obyektiv şəkildə müştərilərimizə təqdim edirik. Yəni bağlantı məsələsində bizi etibarlı və yekun həqiqət mənbəyi kimi qəbul edə bilərsiniz”.

“Ookla” rəsmisi qeyd edib ki, hazırda şirkət təxminən 60 ölkədə 21 mindən çox xidməti izləyir, bu rəqəm indi faktiki olaraq 25 minə yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti