...

AZERPOCT DŞ REGİONLARDA POÇT ŞÖBƏLƏRİNİN TİKİNTİSİNƏ BAŞLAYIB

Telekommunikasiya Materials 23 İyun 2005 17:55 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları Nazirliyinin tərkibinə daxil olan Azerpoct Dövlət Şirkəti regionlarda bir neçəyeni poçt şöbəsinin tikintisinə başlayıb. DŞ-nin baş direktorunun müavini Sübhan Kazımovun Trend ə verdiyi məlumata görə,şöbələr Sabirabad, Masallı, Astara, Balakən, Biləsuvar, Daşkəsən, Hacıqabul, Quba, Şəki, Şəmkir, Yevlax, Lerik və Qazax rayonlarının kəndələrində tikilir və onların ümumi sayı 23 yaxındır.

Kazımovun sözlərinə görə, yuxarıda göstərilən obyektlərin iyunun axırlarında və iyulun əvvəllərində təhvil verilməsi planlaşdırılıb. Bu obyektlər əsasən yenidən bərpa olunmuş poçt şöbələridir ki, onlar əvvəllər hansısa binanın tərkibində fəaliyyət göstərirdilər.

Dövlət Şirkətinin nümayəndəsi həmçini qeyd edib ki, 15 İyun- Milli Qurtuluş günü münasibətilə Cəlilabad rayonunun Xanəgah, Qarazəncir, Msmayıllı rayonunun Kürdmaşı, Talıstan, Neftçala rayonunun Qırmızıkənd, Həsənabad və Xolqarabucaq, Balakən rayonunun Şərif, Ucar rayonunun

Xəbər lenti

Xəbər lenti