2005-ci ilin yanvar-avqust ayları ərzində AR rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən respublikada 66 670 telefon nömrəsi istismara verilib. Nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində Trend ə bildirilib ki, bunlardan 26414 nömrə Aztelekom İstehsalat Birliyinin (İB) və 40 256 nömrə isə Bakı Telefon Rabitəsi İB-nini payına düşür.
Nazirlikdə qeyd olunub ki, bu dövr ərzində həm paytaxtda, həm də respublikanın regionlarında yeni telefon stansiyalarının istismara verilməsi üzrə işlər həyata keçirilib.Xüsusilə ilin əvvəlindən təxminən 100 obyekt istismara verilib.
Hazırda nazirliyin müəssisələri tərəfindən Xaçmaz, Naftalan, Quba, Goranboy və digər rayonlarda rabitənin elektronlaşdırılması üzrə işlər həyata keçirilir.Bundan başqa, ilin sonunadək nazirliyin tədbirlər planına əsasən, Ağdam və Füzuli kimi sərhəd rayonlarının kəndlərində elektronlaşdırma nəzərdə tutulur.