...

Əli Abbasov: Azərbaycanın IT sektorunda artım 27% təşkil edib

Telekommunikasiya Materials 1 Avqust 2006 15:55 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunda artım 27,1 faiz təşkil edərək bu sahədəki orta inkişaf sürətini 2,7 dəfə qabaqlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan prezidentinin iştirakı ilə Nazirlər Kabinetində keçirilmiş iclasda məlumat verib.

Onun sözlərinə görə, bu dövr ərzində ümumi gəlirlər 250 milyon manat olub, özəl sektorun payı artaraq 70 faizə çatıb, sərmayə qoyuluşu isə əvvəlki həcmini saxlayaraq 80 milyon manat təşkil edib.

Hesabat dövründə respublikanin optik kanallar şəbəkəsi genişlənib, İran vasitəsilə Naxçıvan Muxtar Respublikası bu şəbəkəyə birləşdirilərək, demək olar ki, informasiya blokadasından çıxarılıb.

Azərbaycanda yüksək texnologiyaların inkişafı üzrə xüsusi iqtisadi zonaların yaradılması məsələsinə gəlincə, A.Abbasov qeyd edib ki, bu, ölkənin İT sektorunun inkişafına xidmət edəcək. "Bunun üçün Azərbaycan kifayət qədər potensiala malikdir", -deyə nazir sonda bildirib.

Xəbər lenti

Xəbər lenti