...

İlin sonunadək Azərcell respublika üzrə 250 yeni stansiya quraşdırmaq niyyətindədir

Telekommunikasiya Materials 7 Avqust 2006 18:16 (UTC +04:00)

İyul ayında Azərbaycanın mobil rabitə operatoru Azərcell Telecom İB respublika üzrə ümumilikdə daha 48 yeni stansiya quraşdırıb. Onlardan 14-ü Bakıda, 2-si Abşeronda, 3-ü Sumqayıtda, 5-ci Ağcabədidə, 2-si Oğuzda, 4-ü Yevlaxda, 3-ü Masallıda, 2-si Göyçayda, 2-si Bərdədə, 2-si Ağdaşda, qalan 9 stansiya isə Beyləqan, Saatlı, Qax, Zaqatala, Mingəçevir, Ağsu, Kürdəmir rayonlarında, Gəncə və Naxçıvandadır. Trend in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yalnız 2006-cı ilin yanvar-iyul ayları ərzində şirkət respublika üzrə 145 yeni stansiya quraşdırıb. Onların əksəriyyəti bölgələrin payına düşüb.

Operator ilin sonunadək ümumilikdə 250 stansiyanın quraşdırılmasını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti