Azercell Telecom mobil operatorunun "ZənglərimCELL" xidmətinin adı dəyişdirilib. Bu gündən etibarən "ZənglərimCELL" xidməti "İzahatCELL" adlanacaq. Bu barədə Trend BM-nin məlumatına istinadən xəbər verir.
Xidmətin adı ilə yanaşı qiymətləri də dəyişdirilib. "Azercell Telekom" BM adıçəkilən xidmətin 90 gün müddətinə istifadə haqlarında da 50 faiz endirim edib. Qeyd edək ki, 15 mart 2006-cı ildən istifadəyə verilən "ZənglərimCELL" xidməti "Azercell Telekom" BM-in ən populyar xidmətlərindəndir. Xidmətin mahiyyəti son 15 və ya 30 gün ərzində SimSim, GəncSim, Bizdən Bizə və Bayram kampaniyasına qoşulan abonentlərin zəngləri və göndərdikəri SMS-lər haqqında məlumat verməkdən ibarətdir. Adıçəkilən xidmətə qoşulmaq üçün sadəcə Atatürk prospekti, 2 ünvanında yerləşən ofisə müraciət etmək kifayətdir. Çap edilmiş məlumat Atatürk prospekti, 2 ünvanındakı ofisə müraciət etmiş abonentə aşağıdakı şəkildə təqdim olunur:
1. Edilən zənglər haqqında məlumat, o cümlədən, zəng edilən gün, saat və zəngin müddəti;
2. Göndərilən SMS-lər haqqında məlumat, o cümlədən, göndərilən gün və saat.
Qüvvəyə minən endirim kampaniyasının şərtlərinə görə, 90 gün müddətində, "İzahatCELL" xidməti vasitəsilə 15 günlük məlumat almaq haqqı 325 kontur, 30 günlük məlumat haqqı isə 450 kontur səviyyəsində müəyyən olunub.