...

Azərbaycan- Amerika birgə müəssisəsi olan CATEL diler axtarır

Telekommunikasiya Materials 13 İyun 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ CDMA -2000 standartlarına uyğun mobil rabitə xidmətləri təqdim edən Azərbaycan- Amerika birgə müəssisəsi olan CATEL rəsmi diler statusunun alınması ilə bağlı ərizələrin qəbulunu elan edib. Şirkətin məlumatına görə, müraciətlər 12 iyundan 22 iyuna qədər qəbul olunub.

Maraqlanan şəxslər üçün nəzərdə tutulan tələblər aşağıdakılardır: ən azı 3 ticarət məntəqəsi , Mobil operftorların diler sahəsində iş təcrübəsi, inkişaf üçün biznes-plan.

Diler məntəqəsinin sahəsi 15 kvadratmetrdən az olmamalı, kassa aparatı, skaner, İnternet, ticarət üçün avadanlığa malik olmalıdır. CATEL BM Azərbay]anın telekommunikasiya bazarında 1997-ci ildən fəaliyyət göstərir. 2006-cı ilin yanvar ayından şirkət CDMA (Code Division Multiple Access) standartının Azəraycanda rəsmi olaraq mobil operatorudur.

Xəbər lenti

Xəbər lenti