...

“Türk Hava Yolları” Bakı-Antalya-Bakı istiqamətində endirim kampaniyasına start verir

Turizm Materials 10 İyul 2019 16:00 (UTC +04:00)
“Türk Hava Yolları” biznes sinif üçün yeni endirim kampaniyasına başlayıb.
“Türk Hava Yolları” Bakı-Antalya-Bakı istiqamətində endirim kampaniyasına start verir

Bakı. Trend:

“Türk Hava Yolları” biznes sinif üçün yeni endirim kampaniyasına başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində təqdim olunan endirimə əsasən, Bakı-Antalya-Bakı istiqamətində birbaşa uçuşların biznes sinif üçün bilet qiyməti vergilər daxil olmaqla, gediş-dönüş üçün 699 EUR, bir istiqamətdə (OW) isə 399 EUR təşkil edir. Bakı-Antalya-Bakı istiqamətində reyslər gündəlik rejimdə baş tutur.

Təyyarələrin yerli vaxt ilə uçuş saatları aşağıdakı kimidir:

Bakı-Antalya 05:15-7:25

Antalya-Bakı 00:05-3:50

Kampaniya biletlərinin satış müddəti 31 iyul 2019-cu il tarixinə qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti