...

Kənd turizm infrastrukturunun yaradılması nəzərdə tutulub - Fuad Nağıyev

Turizm Materials 24 Noyabr 2022 11:00 (UTC +04:00)
Kənd turizm infrastrukturunun yaradılması  nəzərdə tutulub - Fuad Nağıyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da paytaxt və regionların tarazlı inkişafı məqsədi üzrə turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması və nəticə etibarilə turizm xidmətilə məşğul olan ailə təsərrüfatlarının illik gəlirlərinin artması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransıda deyib.

O qeyd edib ki, turizmlə kənd təsərrüfatının əlaqələndirilməsi, bunun ayrıca bir sahə - kənd turizmi və aqroturizm kimi inkişaf etdirilməsi turistlərin regionlara cəlb edilməsi ilə məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranması üçün uğurlu bir nümunədir.

“Eləcə də bu proses kəndlərdə rifah halının yaxşılaşdırılması, kənd əhalisinin gəlirlərində davamlılığa nail omağa və kəndlərdən miqrasiyasının azaldılmasına öz müsbət təsirini göstərə bilər.

Bu sahə həm də bizə mədəni irsin və yerli qastronomiyanın təbliğatını aparmağa imkan yaradır.

Öz növbəsində aqroturizm həmçinin, ekoturizm, macəra turizmi kimi sahələrin də inkişafına təkan verə bilir.

Dövlət qurumu olaraq bizim əsas məqsədimiz kənd yerlərində yaşayan, kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı, turizm xidməti vermək istəyində olan fermer və digər təsərrüfat sahiblərini bu potensialdan istifadə ilə bağlı məlumatlandırmaq və maarifləndirməkdir. Bu istiqamətdə bir sıra müvafiq işlər icra edilib”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti