...

Turizm potensialı olan kəndlər müəyyənləşdirilib, qonaq evlərinin siyahısı toplanılıb

Turizm Materials 24 Noyabr 2022 11:15 (UTC +04:00)
Turizm potensialı olan kəndlər müəyyənləşdirilib, qonaq evlərinin siyahısı toplanılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Artıq yüksək turizm potensialı olan kəndlər müəyyənləşdirilib, oradakı kənd qonaq evlərinin siyahısı toplanılıb, sahibləri ilə görüşlər keçirilib.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında deyib.

O qeyd edib ki, görülən bu tədbirlər öz müsbət nəticəsini ən yaxın müddətdə göstərəcək.

“Bütövlükdə, aqroturizm turizmin mövsümiliyinin aradan qaldırılmasında, dayanıqlı turizmin, rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsində və eyni zamanda regionların sosial-iqtisadi inkişafında xüsusi paya sahib olacaq.

Bu cəhətdən hesab edirəm ki, “Aqroturizm, aqrobiznes sahibkarlığın, ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin iqtisadi və sosial baxımından əhəmiyyəti xüsusi vurğulanmalıdır”, - deyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti