Bakı. Trend:
Turizim ölkənin milli irsinin beynəlxalq aləmə tanıdılmasında bir vasitədir.
Trend-in məlumatına görə, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Agentlik sədri qeyd edib ki, müasir dünyada mədəni abidələrin qorunması məsələsi getdikcə çətinləşir.
“Agentliyimiz Qarabağda irimiqyaslı bərpa yenidən qurma işlərində iştirak edir. Bugünkü konfransın bu kimi məsələlərin icrasına və həllinə öz töhfəsini verəcəyinə ümid edirəm”, - deyə F.Nağıyev bildirib.