Bakı. Trend:
Regional turizm şuralarının formalaşdırılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Turizm biznesi: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Bakıda keçirilən ictimai müzakirədə deyib.
O qeyd edib ki, regional turizm idarələrinin yaradılması istiqamətində də işlər aparılır.
“Turizm sənayesinin uçotunun təkmilləşdirilməsi istiqamətində yaxın günlərdə turizm reyestri fəaliyyətə başlayacaq”,- deyə o əlavə edib.