Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı BƏƏ lideri Suriyanın müstəqilliyi və suverenliyinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb, həmçinin “qardaş Suriya xalqının təhlükəsizlik, sülh, sabitlik və ləyaqətli həyata nail olunmasına yönəlmiş səylərini dəstəkləyib”.