Bakı. Trend:
“Atletik” klubunun yarımmüdafiəçisi Ander Herrera karyerasını Argentinanın məşhur “Boka Xuniors” klubunda davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buenos-Ayres təmsilçisi 35 yaşlı futbolçu ilə 2026-cı ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. "Boka Xuniors" İspaniyadan təzminat ödəməyib.
Qeyd edək ki, Herrera 2023-cü ilin yanvarından “Atletik”də çıxış edirdi. İspaniya millisinin sabiq üzvü Bilbao klubunda 14 rəsmi oyunda meydana çıxıb. Təcrübəli yarımmüdafiəçi əvvəllər “Saraqosa”, “Mançester Yunayted” və PSJ-də də forma geyinib.