Bakı. Trend:
ABŞ Dövlət Katibi Marko Rubio, keçmiş Prezident Donald Trampın Vaşinqtonun Panama kanalına nəzarəti bərpa etməsinin vacibliyi ilə bağlı bəyanatlarından sonra Panama səfərini planlaşdırır.
Trend-in Bloomberg-ə istinadən verdiyi məlumata görə, Dövlət Departamentində yeni rəhbər kimi ilk xarici səfərini həyata keçirən Rubio, Tramp administrasiyasının Panama kanalı ilə bağlı mövqeyinin ciddiliyini vurğulamaq niyyətindədir.
Rubionun səfəri çərçivəsində Latın Amerikası ölkələrinə – Qvatemala, Kosta-Rika və El Salvadora da səfər etməsi gözlənilir.