...

Almaniya prezidenti Yaxın Şərqə və Türkiyəyə səfər edəcək

Turizm Materials 31 Yanvar 2025 00:31 (UTC +04:00)
Almaniya prezidenti Yaxın Şərqə və Türkiyəyə səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dək Yaxın Şərq və Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, səfər Səudiyyə Ərəbistanı ilə başlayacaq və Türkiyə ilə başa çatacaq.

Prezident Frank-Valter Ştaynmayer fevralın 2-də Səudiyyə Ərəbistanına gedəcək. Onun ötən ilin noyabrında planlaşdırılan səfəri, Almaniyada koalision hökumətin dağılması səbəbindən təxirə salınmışdı. Ər-Riyadda o, Səudiyyə Ərəbistanının beyin mərkəzlərinin nümayəndələri ilə görüşəcək və Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşəcək. Həmçinin Kral Salman parkı ziyarət ediləcək.

Fevralın 4-də Prezident Ştaynmayer İordaniyaya gedəcək. Burada İraqda İŞİD-ə qarşı mübarizə çərçivəsində yerləşən Almaniya kontingentini ziyarət edəcək. Eyni zamanda, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüşəcək.

Almaniya Prezidenti Türkiyəyə isə fevralın 5-də səfər edəcək. Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti