Bakı. Trend:
Ukrayna və Avropa ədalətli və davamlı sülhə nail olmaq istiqamətində ilkin addımlar üçün plan üzərində işləyir.
Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində məlumat verib.
“Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlara dair plan hazırlayırıq və bunun üzərində sürətlə işləyirik. Plan tezliklə hazır olacaq”, – deyə Zelenski bildirib.
Prezident vurğulayıb ki, Avropa müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün vahid baxışa malikdir. O, Ukrayna və ABŞ arasında gələcək danışıqlar masasında müzakirə olunmalıdır.
Bundan əlavə, Zelenski Ukraynanın ərzaq təşəbbüsünün həyata keçirilməsindən də danışıb. O bildirib ki, Sloveniya bu təşəbbüs çərçivəsində Suriya xalqını dəstəkləmək üçün səylərə qoşulub.