...

ABŞ Dövlət Departamenti USAID-in əvəzinə 2,9 milyard dollarlıq xüsusi fond yaradır

Turizm Materials 20 May 2025 22:41 (UTC +04:00)
ABŞ Dövlət Departamenti USAID-in əvəzinə 2,9 milyard dollarlıq xüsusi fond yaradır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti ABŞ-ın xarici yardım siyasətində əhəmiyyətli institusional dəyişiklik həyata keçirərək Beynəlxalq İnkişaf Agentliyi (USAID) əvəzinə 2,9 milyard dollar büdcəyə malik yeni fond – "America First Opportunity Fund" (A1OF) təsis edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı çıxışında bildirib.

Rubio qeyd edib ki, təşkilati dəyişikliyin əsas məqsədi vəsaitin miqdarı deyil, onun nə qədər səmərəli və operativ istifadə oluna bilməsidir:
“Yeni fond dağınıq və səmərəsiz xarici yardım proqramlarını birləşdirərək daha çevik və nəticəyə yönəlmiş mexanizm yaradacaq. A1OF Dövlət Departamentinə böhranlara çevik reaksiya vermək, Hindistan və İordaniya kimi əsas tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək, repatriasiya proseslərini dəstəkləmək və Çin kimi rəqiblərin strateji təhdidlərinə qarşı daha effektiv mübarizə aparmaq imkanı verəcək”.

Rubio əlavə edib ki, fond USAID-in təcrübəsi, Dövlət Departamentinin mövcud xarici yardım sisteminin çatışmazlıqları və bəzi uğurlu layihələrdən çıxarılan dərslər əsasında formalaşdırılıb.

Qeyd edək ki, 2024-cü ilin fevralın 3-də ABŞ hökuməti USAID-in fəaliyyətini faktiki olaraq dayandırmışdı. Martın 10-da isə Marko Rubio aparılmış yoxlamalar nəticəsində agentliyin proqramlarının 83 faizinin ləğv edildiyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti