...

Ağdərədə turizm infrastrukturu yaradılacaq

Turizm Materials 24 İyul 2025 09:48 (UTC +04:00)
Ağdərədə turizm infrastrukturu yaradılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdərə rayonu, Sərsəng su anbarı ətrafında turizm infrastrukturu yaradılacaq.

Trend-in məlumatına görə, Dövlət Turizm Agentliyi (DTA) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, agentlik qeyd olunan turizm infrastrukturunun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işlərini "Apex Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 266 379 manat ödənilib.

DTA-nın müqavilə bağladığı "Apex Group" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Bağırlı Elvin Eldar oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti