...

Donald Tramp FED üçün namizədi açıqladı

Turizm Materials 8 Avqust 2025 02:36 (UTC +04:00)
Donald Tramp FED üçün namizədi açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminə (FED) namizəd olaraq Stefan Miranın adını açıqlayıb.

Trend-in məlumatına görə, Stefan Miran bu vəzifəni 2026-cı il yanvarın 31-dək icra edəcək. O, bundan əvvəl Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsində çalışıb.

Miranın FED üzvü kimi fəaliyyətə başlaması üçün ABŞ Senatının təsdiqi tələb olunur.

Qeyd edək ki, FED yeni təyinatla bağlı hər hansı şərh verməkdən imtina edib. Hazırda qurumun rəhbəri vəzifəsini Cerom Pauvel icra edir.

Xəbər lenti

Xəbər lenti