Bakı. Trend:
Türkiyənin Adıyaman şəhərində kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan mikroavtobus aşıb.
Trend-in məlumatına görə, hadisə Tut rayonunda baş verib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Qəza nəticəsində sürücü də daxil olmaqla 19 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.