Bakı. Trend:
Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana səfər etmiş çinli turistlərin sayı 57 mindən çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz çoxdur.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
“Viza rejiminin ləğvi sayəsində ölkələrimiz arasında qarşılıqlı turizm səfərlərinin sayı davamlı şəkildə artır”, – səfir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan əhalisi, xüsusilə gənclər arasında Çin dili və mədəniyyətinə maraq da artır.
“Tədris proqramlarına Çin dili kurslarını daxil edən Azərbaycan universitetlərinin sayı getdikcə artır”, – deyə Lu Mey əlavə edib.
