...

"Neftçi" klubunun aparıcı futbolçusu karyerasını başqa klubda davam etdirmək variantı olduğunu deyib

Cəmiyyət Materials 15 May 2008 15:09
"Neftçi" klubunun aparıcı futbolçusu karyerasını başqa klubda davam etdirmək variantı olduğunu deyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının və "Neftçi" klubunun müdafiəçisi Rəşad Sadıqov tezliklə klubunu dəyişə bilər. "Neftçi"də prezident dəyişikliyi olandan sonra yeni rəhbərliklə klubdakı vəziyyətimizlə bağlı söhbət etməmişik. Mən "Neftçi"yə çox bağlıyam. Amma müqaviləni uzatmaq üçün qənaətbəxş təklif olmasa, karyeramı başqa klubda davam etdirə bilərəm", cümə axşamı Trend a Sadıqov deyib.

Sadıqovla birgə "Neftçi"nin Georgi Adamiya və Zaur Tağızadə kimi aparıcı futbolçularının Bakının "İnter" klubuna transfer olunacağı barədə məlumat yayılıb. "İnter"in mətbuat xidmətindən Trend a bildiriblər ki, klub rəhbərliyi avrokuboklarda uğurlu çıxış etmək üçün heyəti səviyyəli oyunçularla gücləndirməyi planlaşdırır.

"Neftçi"nin müdafiəçisinin klubla müqaviləsi mayın sonunda başa çatacaq.

Sadıqov deyib ki, "Neftçi"nin bu mövsüm uğursuz çıxış etməsinin əsas səbəbi baş məşqçi vəzifəsində edilən dəyişikliklərlə bağlıdır. "Hazırkı baş məşqçi Anatoli Demyanenkonun komandamızı öyrənmək üçün az da olsa vaxtı oldu. Amma ondan əvvəl gələn Vlastimil Petrjelanın belə imkanı olmadı. Baş məşqçi dəyişiklikləri ilə yanaşı, bəxtimiz də gətirmədi" - deyə futbolçu əlavə edib.

Sadıqov "Neftçi"dən əvvəl Türkiyənin "Kayserispor" klubunda çıxış edib. Futbolçu bu komanda ilə UEFA-İntertoto kubokunda da oynayıb.

Müdafiəçi sonda bildirib ki, karyerasını yenidən Türkiyə Superliqasında davam etdirmək arzusundadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti