"Müsəlman qardaşlar" və Türkiyənin islam modeli

"Müsəlman qardaşlar" və Türkiyənin islam modeli

Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri Rufiz Hafizoğlu.

Prezident Hüsni Mübarəkin istefası ilə gündəmə gələn ən önəmli mövzulardan biri də Misirin islamçıların əlinə keçməsi ilə ölkədə şəriət respublikasının qurulacağı ehtimalı idi.

50 ildən çox Misir ərazisində fəaliyyətinə qadağa qoyulan "Müsəlman qardaşlar" təşkilatı Qahirədə polislə xalq arasında baş verən toqquşmaların fonunda hakimiyyətə əslində iddialı olmadıqlarını söyləsələr də, Hüsni Mübarəkin istefasından bir həftə sonra təşkilat öz internet portalında verdiyi məlumata görə, yeni siyasi partiya adı altında qeydiyyatdan keçmək istəyində olduğunu bildirdi.

"Müsəlman qardaşlar" təşkilatının rəhbəri Məhəmməd Bədii bazar ertəsi verdiyi açıqlamada yeni qurulacaq siyasi partiyanın "Azadlıq və Ədalət" partiyası olacağını açıqlayaraq, əsas hədəfin xalqın tələblərinə cavab vermək olduğunu bildirdi.

Təşkilat rəhbəri partiyada milli və dini kimliyindən asılı olmayaraq, nizamnamə ilə razılaşan bütün misirlilərin yer ala biləcəyini qeyd etdi.

Yarandığı gündən - 1930-cu ildən bu günə qədər keçdiyi tarixçəyə nəzər salsaq ,"Müsəlman qardaşlar "ın Misirdə hər nə qədər təşkilatlanmış və nizamlı olmasına baxmayaraq, partiya idarəetmə sisteminə sahib olmadığını görmək olar.

Təbii ki, bunun da bir çox səbəbləri var və bu səbəblərdən biri də Misirdə təşkilatın partiya halında fəaliyyət göstərməsi üçün münbit şəraitin olmaması idi.

Şübhəsiz ki, Hüsni Mübarəkin istefası istisnasız olaraq həm Misirin siyasi həyatında, həm də qonşu ərəb ölkələrində əsaslı dəyişiklərə səbəb olacaq.

Hüsni Mübarəkin istefası ilə ölkədə digər siyasi partiyalardan və təşkilatlardan daha çox, islamçıların daxilində əsaslı dəyişikliklər olacaq.

"Müsəlman qardaşlar"ın yeni partiyasının partiya halında fəaliyyətə başlaması dəyişiklik istiqamətində atılan addımlardan birincisidir.

Təbii ki, partiyanın ölkənin daxili və xarici siyasətinə nə qədər təsir edəcəyini və ya "Azadlıq və Ədalət" partiyasının ölkədə islam respublikasının qurulması üçün cəhd edəcəyini indidən söyləmək bir o qədər də doğru deyil.

Hadisələrə diqqətlə nəzər yetirdikdə, ümumiyyətlə, Misirdə islamçıların hakimiyyətə gəlməsi və onların ölkəni şəriət qaydaları ilə idarə edəcəklərinin çox zəif ehtimal olduğunu da görmək olar.

İslamçıların hakimiyyətə gəlməsi ehtimalı olsa belə, ölkəni şəriət qaydaları ilə idarə etməyin heç bir mənası olmayacaq.

Çünki Misir konstitusiyasının ikinci bəndinə əsasən, ölkənin rəsmi dini islam, qanunvericiliyin əsası isə islam şəriətidir.

İslam şəriəti ölkədə tətbiq olunmasa belə, Hüsni Mübarəkin istefasından sonra misirlilərinşəriətdən çox, sosial rifahın yüksəlməsinə ehtiyacı var və ölkənin şəriət qaydaları ilə idarə edilməyəcəyini əhali ilə yanaşı, ölkədəki islamçılar da yaxşı başa düşür.

Lakin Misirin ən böyük və güclü müxalifəti reallığı nəzər alaraq, ölkə gündəmində qalmaq üçün islam amilindən istifadə edəcək.

"Müsəlman qardaşlar"ın yenilik və islahat tələb edən misirlilərin gündəmində qalması üçün isə ən optimal variant Misirdə Türkiyə islam modelinə yaxın modelin tətbiq edilməsidir.

Təbii ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) timsalındakı islam modelinin Misirdə bütünlüklə tətbiq edilməsi qeyri-mümkündür. Məhz bu səbəbdən də "Müsəlman qardaşlar" yeni təsis etdikləri siyasi partiyanı Yaxın Şərqin simasını dəyişdirən türk islam modelinə oxşar edəcəklər.

Ərəb dünyasının ən güclü ölkələrindən biri olan Misirdə Türkiyə islam modelinə yaxın modelin tətbiq edilməsi Ankaranın da maraqlarına uyğundur. Türkiyə İslam modelinin "Müsəlman qardaşlar"ın simasında Misirdə tətbiqi isə Ankaranın regiona olan təsirini daha da artıracaq.

Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb
Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb
Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib
Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib
Avropa Liqası: "Vest Hem" evdə, "Qalatasaray" səfərdə qələbə qazandı (NƏTİCƏLƏR)
Avropa Liqası: "Vest Hem" evdə, "Qalatasaray" səfərdə qələbə qazandı (NƏTİCƏLƏR)
Loading Bars
Xəbər lenti
Dövlət Xidmətinin keçmiş rəisi mənimsədiyi 6 milyon manatı ödəyib
Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edir
Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası
KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni antirekord qeydə alınıb
Bakıda daha bir məktəb distant tədrisə keçib
Cəlilabadda karantini pozan restoran cərimələnib
Avropada enerji qiymətlərinin artması əhalini çıxılmaz vəziyyətə salıb (VİDEO)
Azərbaycanda dövriyyədə 22 milyarddan çox pul var
General-mayor Mustafa Nəsirovun 100 illik yubileyi qeyd edilib
İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Türkologiya Konqresində onlayn iştirak edib (FOTO)
Şəhid Vüsal İsmayılzadənin anım günü keçirilib (FOTO)
Mingəçevir su anbarına balıq körpələri buraxılıb (FOTO)
Ötən ay itkin düşən 69 yaşlı şəxs axtarılır (FOTO)
Naftalanda küçələr təmir edilir (FOTO)
Norm şirkəti “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir (FOTO)
Suraxanı rayonunda 50-yə yaxın narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib
Film çəkilişi zamanı operatoru güllələyən Alek Bolduin sərbəst buraxılıb
Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb
Adaptiv Strateji İdarəetmə Proqramı yeni qrupların təliminə başlayır
Azərbaycanda bank kartlarının sayı artıb
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar (FOTO) (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
Sumqayıtda antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb
Rusiyada barıt zavodundakı partlayışda 16 nəfər ölüb
Yasamalda polis əməkdaşlarına qarşı zor tətbiq edənlər həbs olunub
Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb (FOTO)
"Feyk nyus" kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq - Hikmət Hacıyev
2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu - Hikmət Hacıyev
Kürdəmirin sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum edildi
Vəkil Rövşən Əkbərova bəraət istədi
Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır - Britaniya səfiri
Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir - Nazir müavini
Bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır - RƏSMİ
İndiyə qədər 19 məktəb, 505 sinif distant formaya keçirilib
İnanırıq ki, yaxın gələcəkdə Zəngilan ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq - Səttar Möhbalıyev
Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq - Türkiyə Prezidenti
Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq (FOTO)
Azərbaycanla Britaniya arasında enerji əməkdaşlığı müzakirə edilib
Qələbədən sonra Azərbaycanın qarşısındakı əsas məqsəd Qarabağın yenidən qurulması və bərpasıdır - Hikmət Hacıyev
Badamdarda sürüşmənin qarşısını almaq üçün görülən tədbirlər açıqlandı (FOTO)
Yol polisi “saxla” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib
Bakıda skuterlər üçün icarə məntəqələrinin qoyulması, yeni yol çəkilişi planlaşdırılır (ÖZƏL)
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələrinin icra vəziyyəti açıqlanıb (VİDEO)
BMT və Azərbaycan arasında yeni anlaşma memorandumu imzalanıb
BMT Azərbaycanda biznesin inkişafı və dayanıqlılığını dəstəkləməyə hazırdır - Təşkilat rəsmisi
ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir
Vahid əlaqələndirmə mərkəzlərinə 2100-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib
Salyanda evdən çıxan COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanla dənizdə külək enerjisi üzrə yol xəritəsi hazırlayır (ÖZƏL)
Antalya iş adamları Azərbaycanda (FOTO)
Qaradağda ər arvadını məftillə boğub öldürüb
Hacıqabulda evdən oğurluq edən şəxsin üzərindən narkotik də götürülüb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər
Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb (FOTO)
Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub (FOTO)
Ağdaşda karantin qaydalarını pozan şadlıq saraylarının icarədarları cərimələnib (FOTO)
ABŞ İranla birbaşa danışıqlara hazırdır
İsraildə koronavirusun yeni ştammına daha 5 yoluxma qeydə alınıb
Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb
Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib
Bu gün hava əsasən yağmursuz keçəcək
Kraliça II Elizabet gecəni xəstəxanada keçirib
ABŞ-da film çəkilişi zamanı atışma olub, ölən və yaralanan var
Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ olub
Belarus "Avroviziya-2022" müsabiqəsində iştirak etməyəcək
Britaniyada koronavirusa 50 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bakıda yaşayış binasında yanğın olub
Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib
Avropa Liqası: "Vest Hem" evdə, "Qalatasaray" səfərdə qələbə qazandı (NƏTİCƏLƏR)
Suriyada meşələrin yandırılmasına görə 24 nəfər edam edilib
Zəfər xronikası 22 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi
44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
Türkiyə kəşfiyyatı İraqda 5 PKK terrorçusunu zərərsizləşdirib
Azərbaycanla İsveçrə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
"Qarabağ" Konfrans Liqasında növbəti qələbəsini qazanıb
Milli Məclisin sədri ATƏT PA-nın sədri ilə görüşüb (FOTO)
Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib (FOTO)
Putin Qarabağla bağlı açıqlama verdi
Rusiya və Çin hərbi blok yaratmır - Putin
Türkiyədə son sutkada koronavirusdan 29 160 nəfər sağalıb
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib
İranla Azərbaycan arasındakı gərginlik dövlətimizin haqlı olduğunu sübuta yetirdi - ŞƏRH
Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? - RƏSMİ
Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
Bütün xəbərlər