...

Suriya yeni qarşıdurma ərəfəsindədir

Nəzər nöqtəsi Materials 18 İyun 2012 13:16 (UTC +04:00)
Suriya yeni qarşıdurma ərəfəsindədir
Suriya yeni qarşıdurma ərəfəsindədir

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriya müxalifətinin lideri Burhan Qəlyunun istefasından sonra ,müxalifət İstanbulda toplantısında zamanı, 20 ilə yaxın İsveçdə sürgündə olan kürd əsilli , Abdulbasit Sidanı özlərinə lider olaraq seçdilər.

Müxalifət lideri verdiyi ilk açıqlamada , ölkədə artan toqquşmaların və dinc əhalinin qətlə yetirilməsi hallarının çoxalmasını Əsəd rejiminin iflasa uğradığının göstəricisi kimi dəyərləndirdi.

Yeni müxalifət liderinin verdiyi ən maraqlı açıqlamalardan biri də, Suriya Keçid Hökumətinin "Azad Suriya Ordusu" ilə, əlaqələrini gücləndirmək istəyində olduğu haqda verdiyi açıqlama oldu.

Suriya müxalifətinə kürd əslli liderin seçilməsi ilkin baxışdan bir o qədər də mahiyyət kəsb etməsə də , bu ölkənin və regionun kürd əsilli vətəndaşlarına bir mesajdır. Əslində Sidanın seçilməsi Suriya kürdlərinin Bəşşar Əsəd rejimin yıxılmasında aktiv olması üçün atılan addımlardan biridir.

Dolayısı ilə , Abdulbasit Sidanının seçilməsi ilə, Suriyadakı kürdlərin Bəşşar Əsəd rejiminə qarşı daha aktiv fəaliyyət göstərəcəyi ehtimal edilir.

Çünki , sabiq müxalifət lideri, Bəşşar Əsəd rejimindən sonra, Suriyada unitar dövlət sisteminin qorunmasının tərəfdarı idi və bununla yanaşı Qəlyun , "Suriya Kürdüstanı" nın varlığını qəbul etmirdi.

Suriyadakı kürd müxalifəti isə, bundan əvvəl dəfələrlə bəyan edib ki, əsas hədəflərdən biri də, Bəşşar Əsəd rejimin dağılmasından sonra, Suriyada dünyəvi federativ sistemin qurulması və federasiyada kürdlərin azlıq deyil, aparıcı ünsür kimi təqdim edilməsidir.

Suriyadakı kürd müxalifətinin bundan əvvəl rejim əleyhinə siyasi fəaliyyətinin dondurmalarının əsas səbəbinin, "Suriya Keçid Hökuməti" ilə aralarında olan siyasi anlaşılmazlıqdan qaynaqlandığını ehtimal etmək olar.

Hər nə qədər maraqlı olsa da, regiondakı kürdlərin vahid siyasi qüvvə altında birləşməsində, İraqın Şimalındakı kürd administrasiyası ilə yanaşı Türkiyə də maraqlıdır.
Çünki, Suriya kürdlərin vahid siyasi qüvvə altında birləşməsi, PKK nın silahlı fəaliyyətinin qarşısının alınması üçün zəmin yarada bilər.

Lakin, bütün bunlara rəğmən Suriyadakı kürdlərin heç də hamısının yekdil olaraq bir siyasi qüvvə altında birləşəcəyi inandırıcı deyil. Ən azından ona görə, ki , regionda həll edilməsi lazım olan PKK terror təşkilatının fəaliyyəti mövcuddur və hal hazırda terror təşkilatı Suriyada da aktiv fəaliyyət göstərməkdədir.

Təbii ki ,Türkiyə və İraqın kürd administrasiyası PKK probleminin asanlıqla həll olmayacağını bilirlər, elə buna görə də, hər iki tərəf bir sıra tədbirlər atmaqdadırlar.
Belə ki , İraq Prezidenti Cəlal Talabaninin partiyası hesab edilən, Kürdüstan Yurdsevərlər Birliyinin (Yekîtîya Niştimanîya Kurdistan) rəsmi sözçüsü, Azad Cündiyani verdiyi açıqlamada, ölkə başçısının PKK ilə , silahlı müqavimətin buraxılması üçün danışıqlar apardığını bildirdi. Cündiyani onu da bildirdi ki, Talabanı, Türkiyə ilə PKK arasında toqquşmalar bitənə qədər vasitəçilik missiyasını yerinə yetirəcək və yaxın zamanda bunun nəticəsini görəcəyik.

Türkiyə də öz növbəsində, bu istiqamətdə bəzi addımlar atdı. Belə ki, Türkiyə Baş nazirinin müavini Bülənt Arınc PKK terror təşkilatı silahlı müqaviməti dayandıracağı təqdirdə, İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalanın həbs cəzasının ev dustağına dəyişdirilməsi məsələsinin müzakirə oluna biləcəyini bildirdi.
Lakin bütün bunlara rəğmən PKK nın Silahlı müqavimətə son qoyacağı inandırıcı deyil.
Bəşşar Əsəd rejiminin süqutu ilə regiondakı kürd probleminin daha da qabaracağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti