...

Amerikalı ekspert: ABŞ və Rusiya BQ rəislərinin görüşü Azərbaycanın bölgədə geosiyasi körpü olduğunu göstərir

Nəzər nöqtəsi Materials 17 Fevral 2017 17:53 (UTC +04:00)
ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi təbiidir, çünki Azərbaycan Rusiya, İran və Türkiyə arasında əlaqələndirici geosiyasi körpüdür
Amerikalı ekspert: ABŞ və Rusiya BQ rəislərinin görüşü Azərbaycanın bölgədə geosiyasi körpü olduğunu göstərir

Bakı. Anaxanın Hidayətova - Trend:

ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi təbiidir, çünki Azərbaycan Rusiya, İran və Türkiyə arasında əlaqələndirici geosiyasi körpüdür.

Bu sözləri Trend-ə amerikalı siyasi analitik, “Gulf State Analytics”-in baş müşaviri Teodor Karasik deyib.

Onun sözlərinə görə, Bakı həm NATO, həm də Kremllə yaxşı əlaqələrə malikdir. Ekspert hesab edir ki, Bakıdakı görüş Vaşinqtonla Moskva arasında münasibətlərə yeni müsbət təkan verə bilər.

T.Karasik deyib ki, ABŞ və Rusiya üçün ən vacib iki mövzu İŞİD-lə mübarizə və Rusiya ilə NATO arasında münasibətlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti